Bakı. Trend:
Almaniyanın Hannover şəhərində (Aşağı Saksoniya) qocalar evindəbaş verən yanğın nəticəsində 50-dən çox insan xəsarət alıb.
Trend xəbər verirki, bu barədə DPA agentliyi polis nümayəndəsinə istinadən məlumatyayıb.
Polisin məlumatına görə, üç nəfər ağır bədən xəsarətləri alıb.Yanğın tibb işçiləri tərəfindən gün ərzində qocalar evininotaqlarından birində müşahidə edilib. Yanğınsöndürənlər alovundigər otaqlara keçməsinin qarşısını alsalar da, tüstü binanın digərhissələrini bürüyüb.
Məlumata görə, üst mərtəbə artıq yaşayış üçün yararsız haladüşüb. Yanğınsöndürmə idarəsinin sözçüsü bildirib ki, zərərçəkənsakinlər qocalar evinin digər ərazilərinə köçürüləcək.
Yanğının səbəbi hələ müəyyən edilməyib. Qeyd olunur ki, qocalarevində ümumilikdə 100-ə yaxın insan yaşayır.