İngiltərənin köklü klublarından biri olan "Nottingem Forest" hazırda "Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin nigeriyalı forvardı Viktor Osimhen üçün mübarizəyə qoşulub.
Publika.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, “meşəbəyilər” 26 yaşlı futbolçu uğrunda mübarizədə “Mançester Yunayted” və PSJ-ni məğlub etmək üçün İtaliya klubuna 75 milyon avro ödəmək niyyətindədir.
Osimhenlə “Mançester Yunayted” və “Yuventus”un da maraqlandığı iddia edilir.