Viktor Osimhen gələcəyi hələ də sual altındadır.

Offsideplus.az ESPN nəşrinə istinadən xəbər verir ki, “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında və ya İtaliyanın “Yuventus” klubunda davam etdirmək istəyir.

Mənbənin məlumatına görə, “Qalatasaray” mövsümün sonuna qədər Osimheni icarəyə götürsə də, onun transfer hüququnu almaq şansı yoxdur. Futbolçunun yüksək maaş tələbləri və digər klublardan olan maraq İstanbul təmsilçisinin işini çətinləşdirir.

Qeyd edək ki, Osimhenin adı uzun müddətdir Avropanın nəhəng klubları ilə hallanır və yay transfer pəncərəsində onun üçün ciddi mübarizə gözlənilir.