BAKI,TurkicWorld
Ukrayna prezidenti Vladimir Zelenski Putinin səhhəti ilə bağlı sərt açıqlama verib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Zelenski Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra Parisdə jurnalistlərə açıqlamasında Rusiya liderinin sağlamlıq problemlərinin olduğunu və "tezliklə öləcəyini" iddia edib.
Uzun müddətdir Vladimir Putinin sağlamlığı ilə bağlı müxtəlif fərziyyələr səsləndirilir. 72 yaşlı Rusiya liderinin xərçəng və ya Parkinson xəstəliyinə tutulduğu iddia olunur. Onun son illərdə şişmiş üzü, qeyri-ixtiyari hərəkətləri və zəif fiziki görünüşü bu iddiaları daha da gücləndirib. 2022-ci ildə keçmiş müdafiə naziri Sergey Şoyqu ilə görüşündə kresloda əyilmiş vəziyyətdə oturması və masadan bərk yapışması da sağlamlığı ilə bağlı sualları artırıb.
Qeyd edək ki, Rusiya rəsmiləri bu cür iddiaları dəfələrlə təkzib ediblər. Bununla belə, Putinin səhhəti və siyasi gələcəyi ilə bağlı fərziyyələr dünya mediasında gündəmdən düşmür.