Ukrayna prezidenti Vladimir Zelenski Rusiya liderinin səhhətinin pis olması ilə bağlı şayiələr fonunda Vladimir Putinin tezliklə öləcəyini iddia edib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra Parisdə jurnalistlərlə görüşü zamanı danışıb.
“Putin tezliklə öləcək, bu, faktdır və bunun da sonu olacaq”, - deyə o bildirib.
Son zamanlar Putinin xərçəng və parkinson xəstəsi ola biləcəyi ilə bağlı iddialar gündəmdədir.