AZ

Trampın Çinə “TikTok” şərti: “Son müddəti uzadacağıq”

ABŞ prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” ilə bağlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, Tramp “TikTok”un ABŞ əməliyyatlarının satışında rol oynamalı olduğunu bəyan edib.

“Bəlkə onlara işin öhdəsindən gəlmək üçün tarif endirimləri və ya başqa bir şey verərəm. "TikTok" böyükdür, lakin tariflərdəki hər bir rəqəm "TikTok"dan daha dəyərlidir", - deyə Tramp qeyd edib.

Prezident aprelin 5-nə qədər razılaşmanın ən azı ilkin maddələrinin əldə olunacağı gözləntisini dilə gətirib.

Tramp “TikTok”un satışı üçün son tarixi uzatmağın mümkünlüyünü də vurğulayıb: "Bir növ müqavilə bağlayacağıq, amma tamamlanmasa, eybi yox. Sadəcə olaraq, son müddəti uzadacağıq".

Seçilən
223
50
publika.az

10Mənbələr