Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Rusiya Milli Qvardiyasının “Hərbi fərqlənməyə görə” medalı ilə təltif edilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının Respublika üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Martın 27-də Rusiya Federasiyasının Milli Qvardiya Qoşunları Gününə həsr olunmuş yığıncaq keçirilib və bu tədbirdə mükafatlandırma mərasimi baş tutub.
“Adam Kadırov Rusiya Milli Qvardiyasının direktoru, Rusiya Qəhrəmanı, ordu generalı Viktor Zolotov tərəfindən ona verilən “Hərbi fərqlənməyə görə” Rusiya Milli Qvardiyasının departament medalı ilə təltif edilib ”, - nəşr qeyd edib.