AZ

Ramzan Kadırovun azyaşlı oğlu Çeçenistan DİN-nin kuratoru oldu

Çeçenistan rəhbəri Ramzan Kadırovun azyaşlı oğlu Adam Kadırov regionun Daxili İşlər Nazirliyinin kuratoru olub.

Herbiand.az bildirir ki, bu barədə “Vaynax” Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin jurnalistləri “Çeçenistan respublikasının xəbərləri” verilişinin efirində məlumat veriblər.

Qeyd olunub ki, təyinat böyük Kadırovun əmri ilə həyata keçirilib. Nəşrdə Kadırovun oğlunun yeni statusunda iştirak etdiyi tədbirin kadrları nümayiş etdirilib. 17 yaşlı yeniyetmə ilə görüşə regional Daxili İşlər Nazirliyinin əməkdaşları toplanıb. Zabitlər yeni kuratoru alqışlamalı olublar.

Adam Kadırov iclasda idarədə aparılacaq dəyişiklikləri açıqlayıb, həmçinin bir neçə zabiti mükafatlandırıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
181
12
herbiand.az

10Mənbələr