AZ

Yevlaxda mikroavtobus minik maşını ilə toqquşdu - Xəsarət alanlar var

Yevlaxda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var.

Day.Az-ın əldə etdiyi məlumata görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər xəsarət alıb.

Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
330
4
day.az

10Mənbələr