Yevlaxda mikroavtobusla minik maşını toqquşub.
Sfera.az xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər xəsarət alıb.
Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.