Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.
Bizim.Media xəbər verir ki, yarımfinal mərhələsinin birinci oyununda "Neftçi" NTD-yə məğlub olub.
NTD rəqibini 88:83 hesabı ilə üstələyib.
Saat 19:00-da ikinci yarımfinal matçında "Naxçıvan" "Gəncə" ilə üz-üzə gələcək.
Qeyd edək ki, final oyunu martın 30-da keçiriləcək.
Bizim.Media