Basketbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bəlli olub.
Bizim.Media xəbər verir ki, yarımfinal matçında "Gəncə" "Naxçıvan"ı məğlub edib.
Komanda rəqibini 86:80 hesabı ilə üstələyib.
Gəncə təmsilçisi finalda NTD ilə qarşılaşacaq.
Qeyd edək ki, final oyunu martın 30-da keçiriləcək.
Bizim.Media