AZ

“Nə sən bilirsən, nə də mən” – Qurban Qurbanovdan qəribə cavab

“Qarabağ” Misli premyer-liqasının 28-ci turunda “Turan Tovuz”u səfərdə darmadağın etdi. “Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov jurnalistlər önünə çıxıb.

- Futbolçularımı təbrik edirəm. Bəlkə də bizim üçün ağır, gərgin oyun oldu. Oyuna tam yaxşı hazırlaşa bilməmişdik. Vacib qələbə qazandıq.

- Keyfiyyət baxımından istədiyiviz səviyyəni aldız?

- Keyfiyyəti yaxşılaşdırmaq üçün yaxşı şəraitdə olmalısan. Sıx qrafikdəyik. Bizim üçün heç də asan deyil. Futbolçularımdan razı qaldım.

- Bu gün Tovuz akademiyasının açılışı oldu. Dəvət olunmamışdız, yoxsa vaxt tapa bilmədiz?

- Oyuna hazırlaşırdıq. Komandanı qoyub getməyim düzgün olmazdı. Çox da önəmli deyildi. Əvvəldən təklif olunmuşdu.

- Hər oyun qapıçıları dəyişirsiz.

- Hər qapıçıya şərait yaradırıq. Hər oyun gözləmədiyimiz hallar ola bilər.

- Bu mövsüm “Turan Tovuz”u məğlub edə bilməməyinizin gərginliyi var idi?

- Məncə, gərginlik var idi. Futbolda belə hallar olur.

- Hakimliyin səviyyəsi oyuna uyğun gəldimi?

- Kornerlərdə bizim oyunçulara blok qoyurlar. Ümumilikdə hakim tempi salmadı.

- Yığmanın oyunlarından sonra “Qarabağ”ın üç futbolçusu tənqidə məruz qaldı. Bu tənqid sizdə necə fikir formalaşdırdı?

- Belə bir şeyin olmasını istəmərəm. Onlara həmişə bildirmişəm ki, yaxşı mənada intizamlı olmalıdılar. Toralın və Nərimanın əks fikir bildirmək fikirləri yox idi. Bir söz hər şeyi alt-üst edir. Toralın meydandan kənarda intizamsızlığı olmayıb. Qarşıda da rast gəlinəsi epizodlardı. Onların çatımazlığı zəif oyunlarda ola bilər. Hamımız normal yanaşmalıyıq.

- Nərimanın adı “Molde” ilə yanaşı hallandı. Keçid niyə alınmadl?

- Klublar arasında razılıq olmalıydı. Ayın 27-nə kimi məsələ həll olunmalıydı. Tez qərar vermək istəmirdik.

- Elvin Cəfərquliyevin problemi nədi?

- Nə sən bilirsən, nə də mən. “Qırmızı” aldığı epizodlarda çox böyük səhvlər edir. Belə hallar baş verirsə, problemi var. Bir-iki oyun düzəlir, sonra bəxtsiz olur. Daha diqqətli olmalıdı. Milli səviyyəsi oyunlarda belə hallar matçın həlledici məqamlarıdı.

- Bu heyətdə müqavilə müddəti bitən futbolçularla danışmısızmı?

- Hansısa dəyişikliklər etmək istəyirik. Birdən-birə 5-6 futbolçu gətirmək heç də asan deyil. İşimizi davam etdiririk. Mayın sonlarına yaxın qərarlar verəcəyik.

ƏSƏD SEYİDOV

Seçilən
180
12
football-plus.az

7Mənbələr