AZ

"Tramp dünya nizamını dağıdır və Avropanı hərəkətə keçməyə məcbur edir" - BBC

 
"Dünya yeni güc balansına doğru gedir və Avropanın gələcək taleyi ABŞ-dan asılı olmayaraq öz təhlükəsizliyini təmin etmək qabiliyyətindən asllı olacaq..."
 
Qərb təhlükəsizlik sisteminin böhranı
 
İkinci Dünya müharibəsindən sonra Qərb ölkələri ABŞ-ın liderliyi altında təhlükəsizlik və sabitlik sistemini formalaşdırıb. Lakin bu sistem indi ən ciddi böhranını yaşayır və bu, uzunmüddətli ola bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Ekspertlər hesab edir ki, Donald Trampın ABŞ-ın qlobal siyasətə yanaşması onun prezidentliyindən sonra da davam edəcək. Bu isə Avropa ölkələrini təhlükəsizlik sahəsində yeni qərarlar verməyə məcbur edir.
 
Sual yaranır: ABŞ qlobal səhnədən çəkildiyi halda, liderliyi kim üzərinə götürəcək? Və Avropa liderləri mövcud böhrana adekvat cavab tapa biləcəklərmi?
 
ABŞ-ın dünya liderliyinə yüksəlişi və Qərb nizamının qurulması
 
1947-ci ildə Britaniya hökuməti ABŞ-a rəsmi müraciət edərək bildirib ki, o, artıq Yunanıstan və Türkiyədə kommunizmə qarşı mübarizəni maliyyələşdirmək gücündə deyil. Müharibədən çıxmış Britaniya iqtisadi tənəzzül yaşayır, buna görə də Hindistan, Fələstin və Misirdən geri çəkilmək məcburiyyətində qalıb.
 
ABŞ dərhal vəziyyətin ciddiliyini başa düşüb. Əgər Yunanıstan kommunistlərin əlinə keçsəydi, ardınca Türkiyə də sovet təsiri altına düşə bilərdi. Bu isə Moskvanın Şərqi Aralıq dənizinə və hətta Süveyş kanalına nəzarət etməsi demək olardı.
 
Buna cavab olaraq ABŞ prezidenti Harri Trumen bəyan edib ki, ABŞ azad xalqlara kömək etməli və onların xarici təsirlərdən qorunmasına dəstək verməlidir. Bu yanaşma sonradan "Trumen doktrinası" kimi tanınıb və ABŞ-ın qlobal liderlik rolunu gücləndirib.
Телевыступление Гарри Трумана в Овальном кабинете
Bunun ardınca ABŞ Marşall planını həyata keçirib- bu, Avropa ölkələrinin iqtisadi bərpasına yönəlmiş nəhəng maliyyə yardımı olub. 1949-cu ildə isə ABŞ rəhbərliyi altında NATO yaradılıb ki, bu da Avropa təhlükəsizliyinin əsas sütununa çevrilib. Beləliklə, ABŞ Britaniyanın yerini tutaraq Qərb dünyasının əsas müdafiəçisi olub.
 
İkinci Dünya müharibəsindən sonra ABŞ uzun illər dünya nizamını formalaşdırıb, iqtisadi və mədəni təsiri ilə Qərb dünyasının aparıcı gücünə çevrilib. Ancaq indi bu nizam ciddi dəyişikliklərlə üzləşir.
 
Trampın yanaşması və NATO-nun gələcəyi
 
Donald Tramp ABŞ prezidentləri arasında beynəlxalq siyasətdə ən radikal dəyişikliklər edən liderlərdən biri olub. O, ABŞ-ın dünya təhlükəsizliyində oynadığı rolu açıq şəkildə tənqid edən ilk prezidentdir. Trampın fikrincə, Avropa ölkələri ABŞ-ın hesabına təhlükəsizlik təminatı alır və öz hərbi xərclərini artırmır.
Президент США проводит встречу в Вашингтоне
Hələ 1987-ci ildə Tramp qəzetlərdə reklam xarakterli manifestlər yayımlayaraq yazırdı: "Niyə Yaponiya və digər ölkələr ABŞ-ın hesabına müdafiə olunur? Niyə biz milyardlarla dollar və insan həyatı itirərək onların maraqlarını qoruyuruq?"
 
Bu mövqeyini prezident olduğu dövrdə də qoruyub saxlayıb və NATO-nun Avropanı qorumaq öhdəliyini açıq şəkildə şübhə altına alıb. Tramp administrasiyası ABŞ-ın xarici siyasətini kökündən dəyişib. 2025-ci ilin martında verdiyi açıqlamada NATO müttəfiqlərinə açıq mesaj göndərib: "Əgər NATO ölkələri öz müdafiələri üçün ödəniş etməsələr, biz onları qorumayacağıq".
 
Bu isə NATO-nun 5-ci maddəsinin- "biri hamı, hamı biri üçün" prinsipinin gələcəyini sual altına qoyur. Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles bildirir ki, əgər Avropa öz hərbi xərclərini artırmasa, NATO-nun indiki forması çökə bilər. Avropa ölkələri isə hələ də bu problemin həllində bir araya gələ bilmir.
 
Вице-президент Вэнс слушает речь Трампа
 
Rusiya üçün fürsət və Avropanın dilemması
 
Donald Trampın yanaşması Vladimir Putin üçün geosiyasi fürsət yaradıb. Kreml artıq açıq şəkildə bildirir ki, Qərb blokunun parçalanması başlayıb. "Chatham House" ekspertlərinin fikrincə, Rusiyanın əsas məqsədi Avropada sabitliyi pozmaq, NATO-nu zəiflətmək və ABŞ-ın Avropadan qoşunlarını çıxarmasına nail olmaqdır.
 
Президент США Дональд Трамп беседует с президентом России Владимиром Путиным во время саммита АТЭС во Вьетнаме в ноябре 2017 года
ABŞ-ın Avropadan uzaqlaşması NATO-nun Şərqi Avropa ölkələrində zəifləməsinə səbəb ola bilər. Polşa və Baltikyanı ölkələr ABŞ-dan asılı qaldıqları üçün bu vəziyyətdən daha çox narahatdır. Digər tərəfdən, Almaniya və Fransa Avropanın öz hərbi gücünü artırmalı olduğunu qəbul etsələr də, hələlik konkret addımlar atmayıb.
 
Avropa liderlərinin qarşısında çətin bir dilemma var: ABŞ-dan asılılığı azaltmaq və Avropanın hərbi gücünü artırmaq; NATO çərçivəsində ABŞ-la əlaqələri qorumağa çalışmaq. Bu məsələni həll etmədən Avropanın təhlükəsizliyi zəif qalacaq.
 
Президент Трамп с генеральным секретарем НАТО Марком Рютте в Овальном офисе Белого дома
 
Yeni dünya nizamı: Avropanın hərbi güclənməsi qaçılmazdır
 
Böyük Britaniya artıq hərbi büdcəsini artırmağa başlayıb. 2027-ci ilə qədər hərbi xərclərin ÜDM-in 2, 5 faizinə çatdırılması planlaşdırılır. Ancaq ekspertlər bunun kifayət etmədiyini düşünür.
 
İngilis tarixçisi Timoti Qarton Eş Avropanın ABŞ-dan asılılığını azaltmaq üçün aşağıdakı addımları atmalı olduğunu bildirir: öz müdafiə sənayesini gücləndirmək, raketdən müdafiə sistemləri yaratmaq, müstəqil kəşfiyyat və peyk sistemlərini inkişaf etdirmək. Almaniyanın gələcək kansleri Fridrix Mers isə hesab edir ki, Avropa ABŞ-dan asılı olmadan müdafiə strategiyasını formalaşdırmalıdır.
 
Lakin Avropa daxilində fikir ayrılıqları var: Şərqi Avropa ölkələri ABŞ-dan dəstək almağa davam etmək istəyir, Qərbi Avropa ölkələri müstəqil müdafiə strategiyasına üstünlük verir. Bu fikir ayrılığı Avropanın yeni hərbi strategiyasını çətinləşdirir.
 
Dünya yeni güc balansına doğru gedir
 
Donald Trampın siyasəti beynəlxalq münasibətlərdə köklü dəyişikliklərə səbəb olub. O, ABŞ-ın beynəlxalq öhdəliklərindən imtina edərək, güc balansını dəyişir.
Президент США Трамп принимает в Белом доме президента Украины Зеленского
Əgər Tramp NATO-ya dəstəyi tam dayandırarsa, Avropa öz müdafiəsini təmin etmək üçün ciddi islahatlara getməlidir. Əks halda, Rusiya Avropanın zəifləməsindən istifadə edərək öz təsirini genişləndirə bilər.
 
Beləliklə, dünya yeni güc balansına doğru gedir və Avropanın gələcək taleyi ABŞ-dan asılı olmadan öz təhlükəsizliyini təmin etmək qabiliyyətindən asılı olacaq.
 
Müəllif: Alan Littl
Seçilən
100
1
moderator.az

10Mənbələr