AZ

Tramp müttəfiqləri hədələyir – Avropa üçün yeni Marşall planı görünmür - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp yeni təklif, şərtlər ilə dünyada ənənəvi münasibətləri silkələyib. Ağ evin bu davranışı ilk növbədə ABŞ-nin avropalı müttəfiqlərinə müəyyən sıxıntı yarada bilər.

Bu günlərdə Donald Tramp dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı fərman imzalayıb. Ehtimal olunur ki, yeni tariflərə uyğunlaşmaq Ştatların ticarət tərəfdaşları üçün müəyyən çətinlik yaradacaq. Çünki tərəflər illər uzunudur ənənəvi əlaqə və əməkdaşlığı davam etdirir.

Təxminən 76 il əvvəl ABŞ Avropadakı müttəfiqlərinə iki layihə təqdim etmişdi: Marşall planı və NATO.

Marşall Planı, yaxud “Avropanın Bərpası Proqramı” İkinci dünya müharibəsindən sonra Avropaya xarici yardım göstərmək ABŞ-nin təqdim etdiyi proqramıdır. Bu plan Ştatların dövlət katibi Corc K. Marşall tərəfindən 1947-ci ildə irəli sürülmüş və 1948-ci ilin aprelində qüvvəyə minib.

Ağ evin ikinci təşəbbüsü, NATO hərbi bloku Avropanın şərq yarısını nəzarət altına almış keçmiş SSRİ-dən demokratik ölkələri qorumaq üçün 1949-cu il aprelin 4-də reallaşdı.

Deməli, ABŞ Avropanı faşizmdən qurtulmasında aparıcı rollardan birini oynamaqla yanaşı, müharibədən sonra onu bərpa, SSRİ-nin hərbi hədələrindən, təhlükəsindən müdafiə edib.

Donald Trampın açıqlamalrından göründüyü kimi ötən 80 ildə ştatların Avropadakı müttəfiqləri ABŞ-dən faydalanıblar.

ABŞ Prezidenti gələcəkdə də ölkəsinin imkanlarından faydalanmaq üçün müttəfiqləri qarşısında yeni şərtlər irəli sürür. Tarfiləri artırmaqla yanaşı, təmsil olunduğu hərbi-siyasi blokdakı müttəfiqlərindən müdafiə xərclərini artırmağa da tələb edir. Bu ilin martında Donald Tramp sərt açıqlama verib: “NATO ölkələri ödəmə etməsə, onları müdafiə etməyəcəm”.

NATO-ya üzv ölkələri XİN başçılarının sonuncu toplantısında ABŞ dövlət katib Marko Rubio bildirib “Prezidenti Donald Tramp aydın şəkildə vurğulayıb ki, o, NATO-nu dəstəkləyir və ölkə alyansın üzvü olmağa davam edəcək”.

Marko Rubio
Marko Rubio

Bu Donald Trampın müttəfiqlərindən xərcləri artırmaqla bağlı ilk tələbi deyil. Hələ 1987-ci ildə o, müharibədən sonrakı beynəlxalq nizamı tənqid edən məqalə ilə çıxış edərək, Ştatlarının dünyada demokratiyanı müdafiə etmək işinə sadiqliyini tənqid etmişdi:

“Onilliklər boyu Yaponiya və başqa ölkələr ABŞ-dən istifadə ediblər. Niyə bu ölkələr onların maraqlarını qoruyarkən itirdiyimiz insan həyatları və milyardlarla dollar üçün Ştatlara ödəmirlər?”

Donald Tramp 38 il əvvəl vurğulamışdı ki, dünya Amerika siyasətçilərinə “bizə aid olmayan gəmiləri qoruyarkən, lazım olmayan nefti daşıyarkən, bizə kömək etməyəcək müttəfiqlər üçün nəzərdə tutaraq bizə gülür”.

Məlum məqalə də daxil olmaqla bu onun üçüncü cəhdidir. O, ilk prezidentliyi dövründə də NATO-dakı müttəfiqlərindən müdafiəyə daha çox pul xərcləməyi tələb edirdi. Fransanın o vaxtkı xarici işlər naziri Jan-İv Le Drian bildirmişdi ki, Tramp Avropa İttifaqında sabitliyi pozmağa can atır: “Ancaq Avropa buna imkan verməyəcək”. Nazir iddia edirdi ki, Donald Tramp iqlim üzrə razılaşmanı, İranın nüvə proqarmı, BMT-nin fəaliyyət modeli ilə bağlı razılaşmaları təhlükəyə atıb:

“Onun üçün Avropanın mövcud birliyi qəbuledilməzdir. O, Avropaya, o cümlədən ticarətə sahəsində münasibətdə bəzi təşəbbüslər göstərir”.

2020-ci ilin yayında Tramp ABŞ-nin Almaniyada yerləşdirilmiş hərbi kontingentinin sayını Berlinin Şimali Atlantika Alyansı qarşısındakı külli miqdarda borcuna görə azaldacağını bildirmişdi. O qeyd etmişdi ki, Ştatlar Almaniyadakı qoşunun sayını xərclərin baha başa gəlməsi səbəbindən azaldır, ancaq alman tərəfi NATO-ya ödənişləri saxlayır: “Onlar çox pul borcludurlar. Onlar hesab üzrə ödəmirlər. Onlar 2 faiz ödəməlidir, amma bir faiz ödəyirlər”.

Tramp bundan əvvəl qeyd etmişdi ki, ABŞ Almaniyadakı hərbi kontingentini 25 min nəfərə qədər azaltmaq niyyətindədir. Onun sözlərinə görə, hazırda (yəni 2020-ci ildə ) ABŞ-ın bu ölkədə 52 min hərbi qulluqçusu yerləşdirilib.

Donald Tramp indi tarifləri artırır, müdafiə xərclərini 5 faiz qaldırmağa çağırıb.

Çünki NATO-nun xərclərin böyük hissəsi hələ də ABŞ çəkir. 2024-cü ildə alyansın ümumi müdafiə büdcəsinin 63,7 faizi və ya 1,18 trilyon dollardan 754,7 milyard dolları Ştatların payına düşür.

Avropa İttifaqı ölkələrinin rəsmiləri NATO-dan xaric hərbi blok yaratmaqla bağlı bir neçə dəfə açıqlama veriblər. Ancaq bu istiqamətdə indiyədək əməli addım atılmayıb.

Belə görünür, indiyədək Donald Tramp qədər müttəfiqləri ilə sərt danışan ABŞ lideri olmayıb. Əks halda vəziyyət bu səviyyəyə çatmazdı.

Ştatlar Avropadakı müttəfiqlərini niyə belə hədələyir? Rusiyanın Ukraynadakı müharibəsi qitədəki NATO üzvlərinin də potensialını və bu kimi müharibələrə hazırlığını aşkarlayan başlıca amillərdən olub.

SSRİ zamanında ABŞ Avropanın müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı xərclərini az qala təkbaşına ödəyib. Ştatlar Aİ ölkələri üçün dibi görünməyən pul kisəsi rolunu oynayıb. İndi şərtlər dəyişib. Sovetlər yoxdur. Deməli, başlıca təhlükə mənbəyi də ortadan götürülüb. Hazırda Avropanın təhdid edən Rusiya var. Ancaq o, SSRİ kimi güclü deyil. ABŞ onunla dil tapa bilir. Elə Donald Tramp prezidentliyinin birinci dövründə olduğu kimi indi də Moskva ilə dialoq qurur.

Belə bir şəraitdə Avropaya ABŞ-nin şərtləri daxilində özünü toparlamasına ehtiyac var. Ştatlar ötən 80 ildə Avropa üçün çox işlər görüb. Onu kommunizm təhlükəsindən qoruyub, Almaniyanı bütövləşdirib, qitənin sovetləşməsinin qarşısını alıb, Avropa sakinləri, vergi ödəyiciləri onun hərbi qüdrətinin kölgəsində rahat yaşayıb. İndi isə bu kimi rahatlığın təmin olunması üçün ödənişi artırmaq zamanıdır.

Belə ehtimal etmək olar ki, ABŞ-nin sovetdən qalma ənənəvi düşüncəli belə müttəfiqə ehtiyac yoxdur. Avropa İttifaqı ya dəyişəcək, ya ödənişi artıracaq, ya da dağılacaq. Hər halda indiki Birlik Marşall və NATO-ya daha çox borcludur. Yeni təşəbbüslər üçün Aİ-nin ABŞ-yə yeni ödənişlər etməkdən başqa çıxışı yolu hələ görünmür. Trampın açıqlamaları bu səbəbdən daha çox müttəfiqləri hədələmək təsiri bağışlayır...

Seçilən
15
1
report.az

10Mənbələr