AZ

Azərbaycan paralimpiyaçısı İtaliyadakı turnirə qatılıb

Azərbaycan paralimpiyaçısı Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində çıxış edir.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı yarışa məşqçi Məhəmməd İsmayılov ilə yollanıb.

Qeyd edək ki, martın 30-da başa çatacaq turnir 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Seçilən
147
9
bakivaxti.az

10Mənbələr