AZ

Paralimpiyaçımız İtaliyadakı turnirə qatılıb

Azərbaycan paralimpiyaçısı Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində çıxış edir.
 
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı yarışa məşqçi Məhəmməd İsmayılov ilə yollanıb.
 
Qeyd edək ki, martın 30-da başa çatacaq turnir 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
 
Seçilən
174
9
moderator.az

10Mənbələr