Futbol üzrə Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Tecon Xana Sitizen” doğma meydanda “Qvanqju”nu qəbul edib və oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı sol cinah müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.