AZ

Anton sonadək oynadı, komandası zirvədə qaldı

Futbol üzrə Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” “Qvanqju”nu qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı sol cinah müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

6 turdan sonra aktivində 13 xal olan “Daejeon” turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Seçilən
140
2
fanat.az

8Mənbələr