AZ

Vaqif Cavadov: “Futbolçulara özünəinam gəldi”

"Çox yaxşı oyun oldu. İki fərqli hissə izlədik. Hər iki komanda qalib gələ bilərdi. Amma məncə, 3:3 ədalətli nəticə idi. "Sabah"a uğurlar arzulayıram. Biz də yolumuza davam edəcəyik".

- 3 oyun, 8 qol... Qolsuz seriyadan sonra nəyi dəyişdiz?

- Böyük dəyişiklik yoxdur. Sadəcə olaraq futbolçulara özünəinam gəldi və qol epizodlarından daha yaxşı istifadə edirik. Ona görə də qollar vururuq. Komandama təşəkkürümü bildirirəm. İkinci oyundur ki, xarakter göstəririk və məğlub durumdan çıxa bilirik. Futbolçularıma güvənirəm.

- Mehdi Cənnətovun performansını necə dəyərləndirirsiz?

- Bir neçə kritik epizodda komandanı qoldan xilas etdi. Bütün futbolçularıma təşəkkür edirəm. Komandanın istəyi, ruhu çox önəmlidir. İnanıram ki, növbəti oyunlarda da bunu görəcəyik.

Samir Abasov: “Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir”

“Araz-Naxçıvan” “Neftçi” səfərindən 1 xalla qayıdır - YENİLƏNİB

“Turan Tovuz” üçün Premyer Liqada 100-cü, evdə 50-ci matçı

Qərb təmsilçisi antirekordunu təkrarlayıb

Tovuzda rekord göstərici

Seçilən
135
5
apasport.az

7Mənbələr