"Sumqayıt" Misli premyer-liqasının evdə keçirilən 28-ci tur matçında "Sabah"la heç-heçə etdi - 3:3.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Çox yaxşı oyun keçirdik. İki fərqli hissə izlədik. Hər iki komanda qalib gələ bilərdi. Məncə, 3:3 ədalətli nəticə idi. "Sabah"a uğurlar arzulayıram. Biz də yolumuza davam edəcəyik.
- 3 oyun, 8 qol... Qolsuz seriyadan sonra nəyi dəyişə bildiz?
- Böyük dəyişiklik yoxdu. Sadəcə, futbolçuların özünəinamı bərpa oldu. İndi qol epizodlarından daha yaxşı istifadə edirik. Komandama təşəkkürüm edirəm. Ardıcıl ikinci oyundu ki, xarakter göstəririk və məğlub durumdan çıxırıq. Oyunçularıma güvənirəm.
- Mehdi Cənnətovun performansını necə dəyərləndirirsiz?
- Bir neçə kritik epizodda komandanı qoldan xilas etdi. Komandanın istəyi, ruhu çox önəmlidi. İnanıram ki, növbəti oyunlarda da bunu bacaracağıq.
KƏNAN BAHADIR