AZ

Başqasının cərimələrinə görə sürücülük hüququndan məhrum edildi - VİDEO

Vətəndaş Pərviz Babazadə başqasının törətdiyi inzibati xətaya görə sürücülük hüququndan məhrum edilib.

Demokratikmusavat.comXəzər TV-yə istinadən məlumat verir ki, Pərviz Babazadənin sözlərinə görə, bir müddət əvvəl Səxavət Bayramovdan günü 15 manata icarəyə avtomobil götürüb.

Taksi fəaliyyəti ilə məşğul olan Pərviz deyir ki, müştəri az olduğundan avtomobili geri qaytarıb. Amma həmin vaxt adına olan etibarnaməni ləğv etdirmək yadından çıxıb.

Onun sözlərinə görə, cərimələr dayanma və durma qaydasının pozulması və digər inzibati xətalara görədir. Bildirir ki, həmin cərimələrə görə sürücülük hüququ da məhdudlaşdırılıb.

Ekspertlər deyirlər ki, qanuna əsasən sonuncu etibarnamə Pərviz Babazadədə olduğu üçün törədilən inzibati xətaların cəriməsi ona gəlir.

Belə olduğu halda vətəndaş adına olan etibarnaməni ləğv etdirmək üçün məhkəməyə müraciət etməlidir. Daha sonra sübuta yetirilsə ki, həmin vaxt sükan arxasında Pərviz Babazadə olmayıb, cərimə məbləği avtomobilin əsl sahibinə yazılacaq.

Ətraflı süjetdə:

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
118
13
Demokratikmusavat.com

3Mənbələr