AZ

Başqasının cərimələrinə görə sürücülük hüququndan məhrum edildi

Vətəndaş Pərviz Babazadə başqasının törətdiyi inzibati xətaya görə sürücülük hüququndan məhrum edilib.

Publika.az Xəzər TV-yə istinadən məlumat verir ki, Pərviz Babazadənin sözlərinə görə, bir müddət əvvəl Səxavət Bayramovdan günü 15 manata icarəyə avtomobil götürüb.

Taksi fəaliyyəti ilə məşğul olan Pərviz deyir ki, müştəri az olduğundan avtomobili geri qaytarıb. Amma həmin vaxt adına olan etibarnaməni ləğv etdirmək yadından çıxıb.

Onun sözlərinə görə, cərimələr dayanma və durma qaydasının pozulması və digər inzibati xətalara görədir. Bildirir ki, həmin cərimələrə görə sürücülük hüququ da məhdudlaşdırılıb.

Seçilən
88
12
publika.az

3Mənbələr