Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1700 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyinin məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 3400-ə yaxın insan yaralanıb, daha 300 nəfər itkin düşüb.
Tailand Meteorologiya İdarəsi cümə günündən bəri Myanmada baş verən zəlzələdən sonra 168 afterşok qeydə aldığını bildirib. Yeraltı təkanların maqnitudası 1,0-7,0, əksəriyyəti 5,0-dan az olub.