AZ

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2,7 mini ötüb

Myanmada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2700-ü ötüb

APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, bu günə kimi 2719 cəsəd tapılıb.

Qeyd edək ki, martın 28-də yerli vaxtla saat 13.20-də Myanmada 7, 7 maqnitudalı zəlzələ baş verib. Bundan 12 dəqiqə sonra isə 6,4 maqnitudalı növbəti zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.

Seçilən
57
10
apa.az

10Mənbələr