AZ

Premyer Liqa: Son 7 mövsümdə ilk dəfə

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turunda üç heç-heçə qeydə alınıb.

Arena.az xəbər verir ki, “Sumqayıt” – “Sabah” (3:3), “Neftçi” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Səbail” (hər ikisi 1:1) matçlarında qalib müəyyənləşməyib.

Mövsümdə 3-cü dəfə belə hadisə yaşanıb. 13-cü və 27-ci turlarda da 5 görüşdən üçündə heç-heçə qeydə alınıb.

Ötən turda da eyni göstəriciyə təsadüf olunub. Bu isə o deməkdir ki, ardıcıl 2 turda 3 sülh gerçəkləşib.

Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 2017/2018-ci illər mövsümündə yaşanıb. 7 il əvvəl hətta 2 deyil, ardıcıl 3 turun hərəsində 3 heç-heçə qeydə alınıb. Bu, 20-22-ci turlara təsadüf edib. Həmin vaxt hər turda indiki kimi 5 deyil, 4 oyun baş tutub. Son 7 mövsümdə isə ilk dəfə belə heç-heçələrlə zəngin turların ardıcıllığına qeydə alınıb.

Seçilən
49
9
arena.az

10Mənbələr