AZ

Azərbaycan çempionatında son 7 mövsümdə ilk yaşanıb

Bakı. Trend:

Misli Premyer Liqasının XXVIII turunda üç heç-heçə qeydə alınıb.“Sumqayıt” – “Sabah” (3:3), “Neftçi” – “Araz-Naxçıvan” və “Kəpəz” –“Səbail” (hər ikisi 1:1) matçlarında qalib müəyyənləşməyib.Mövsümdə 3-cü dəfə belə hadisə yaşanıb. XIII və XXVII turlarda da 5görüşdən üçündə heç-heçə qeydə alınıb.

Trend xəbərverir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qeyd edilib ki, ötən turda da eyni göstəriciyə təsadüf olunub.Bu isə o deməkdir ki, ardıcıl 2 turda 3 sülh gerçəkləşib.

Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 2017/18mövsümündə yaşanıb. 7 il əvvəl hətta 2 deyil, ardıcıl 3 turunhərəsində 3 heç-heçə qeydə alınıb. Bu, XX-XXII turlara təsadüfedib. Həmin vaxt hər turda indiki kimi 5 deyil, 4 oyun baş tutub.Son 7 mövsümdə isə ilk dəfə belə heç-heçələrlə zəngin turlarınardıcıllığına qeydə alınıb.

Seçilən
74
9
az.trend.az

10Mənbələr