Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatına təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Fəridə Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ikinci seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək. O, 2-ci qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova oyununu idarə edəcək. Aprelin 7-də isə azərbaycanlı referi Moldova – Kipr matçının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Digər azərbaycanlı hakim Gülnurə Əkbərzadə isə bu görüşlərin hər birində köməkçi hakimi olacaq.
Qeyd edək ki, bu qrupun oyunları Moldovada təşkil olunacaq.