AZ

FIFA referisi Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb

Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva 19 yaşadək qadın futbolçular arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.

Day.Az-ın məlumatına görə, o, II qrup çərçivəsində aprelin 1-də Farer adaları - Moldova, aprelin 7-də isə Moldova - Kipr matçlarının baş hakimi olacaq. Həmçinin, aprelin 4-də Estoniya - Moldova oyununda dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Digər azərbaycanlı hakim Gülnurə Əkbərzadə isə bu qarşılaşmalarda köməkçi hakim qismində çıxış edəcək.

Qeyd edək ki, qrupun oyunları Moldovada keçiriləcək.

Seçilən
147
24
day.az

10Mənbələr