Bərdədə bədbəxt hadisə baş verib.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ləmbəran kəndinin ərazisində baş verib.
Bərdə şəhər sakini 1990-cı il təvəllüdlü Telman Elman oğlu Qədirli “Belarus” markalı traktoru təmir edərkən sürətlər qutusunu neytral vəziyyətə gətirmədən mühərriki işə saldığına görə tanışı, Laçın rayon sakini, 1991-ci il təvəllüdlü Xəyyam Yaşar oğlu Mamedov traktorla qoşqunun arasında qalıb.
Nəticədə xəstəxanaya yerləşdirilən X.Mamedov orada ölüb.
Bizim.Media