AZ

Bərdədə bədbəxt hadisə: Traktorla qoşqunun arasında CAN VERDİ

Bərdədə bədbəxt hadisə baş verib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, rayonun Ləmbəran kəndinin ərazisində Bərdə şəhər sakini 1990-cı il təvəllüdlü Telman Elman oğlu Qədirli “Belarus” markalı traktoru təmir edərkən sürətlər qutusunu neytral vəziyyətə gətirmədən mühərriki işə saldığına görə tanışı, Laçın rayon sakini, 1991-ci il təvəllüdlü Xəyyam Yaşar oğlu Mamedov traktorla qoşqunun arasında qalıb.

Nəticədə xəstəxanaya yerləşdirilən X.Mamedov orada ölüb.

Seçilən
97
3
heftelik.az

6Mənbələr