AZ

“SpeysX” ilk insanlı kosmik uçuşunu həyata keçirəcək

İlon Maskın “SpeysX” şirkəti ilk dəfə qütblər üzərində insan iştirakı ilə kosmik uçuş missiyasını həyata keçirəcək.

Axar.az xəbər verir ki, missiya kriptovalyuta investoru Çun Van tərəfindən maliyyələşdirilir.

1800-cü illərin sonu və 1900-cü illərin əvvəllərində fəaliyyət göstərən Norveç qütb ekspedisiya gəmisinin şərəfinə adlandırılmış “Fram2” missiyası “Falkon 9” raketi vasitəsilə bu gün yerli vaxtla saat 21:46-da (Bakı vaxtilə 06:46) Floridadan kosmosa buraxılacaq. Ekipaj dörd astronavtdan ibarətdir.

Üç-beş gün ərzində onlar Yerin şimal və cənub qütbləri üzərində uçaraq müşahidə həyata keçirəcək və kosmosa uçuşların insan sağlamlığına təsiri ilə bağlı tədqiqat aparacaqlar.

Seçilən
109
7
axar.az

10Mənbələr