AZ

“SpaceX”in ilk insanlı kosmik uçuşuna saatlar qaldı

Bu gün, 01:36

İlon Maskın “SpaceX” şirkəti ilk dəfə qütblər üzərində insan iştirakı ilə kosmik uçuş missiyasını həyata keçirəcək.
reportyor.tv xəbər verir ki, “Fram2” missiyası “Falcon 9” raketi vasitəsilə yerli vaxtla saat 21:46-da (Bakı vaxtilə 06:46) Floridadan kosmosa buraxılacaq. Ekipaj dörd astronavtdan ibarətdir.
Üç-beş gün ərzində onlar Yerin şimal və cənub qütbləri üzərində uçaraq müşahidə həyata keçirəcək və kosmosa uçuşların insan sağlamlığına təsiri ilə bağlı tədqiqat aparacaqlar.
Qeyd edək ki, “Fram2” 1800-cü illərin sonu və 1900-cü illərin əvvəllərində fəaliyyət göstərən Norveç qütb ekspedisiya gəmisinin şərəfinə adlandırılıb. Missiya kriptovalyuta investoru Çun Van tərəfindən maliyyələşdirilir.

Seçilən
110
7
Reportyor.tv

10Mənbələr