Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumatı Bakupost.az -a təsdiqləyib.
“Hacı Vəliyev barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar olaraq saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir”, – deyə Nurlan Əliyev vurğulayıb.