Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev xuliqanlıqla bağlı saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Hacı Vəliyev barəsində olan xuliqanlıqla bağlı cinayət işinin istintaqı ilə əlaqədar olaraq saxlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev "Report"a təsdiqləyib.