AZ

Avtomobil mağazaya çırpıldı - 1 ölü, 2 yaralı - Foto

Ötən gecə saat 01 radələrində İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “VAZ 2107” markalı avtomobilin 1983-cü il təvəllüdlü sürücüsü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.

Hadisə zamanı xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Sərnişinləri - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
243
50
qafqazinfo.az

10Mənbələr