İsmayıllıda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, bu gün gecə saat 01 radələrində İsmayıllı rayonunda “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.
Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda keçinib. İki sərnişin - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Bizim.Media, Aran bürosu