AZ

ADY bir sıra stansiyalarda yeni turniketlər istifadəyə verib

ADY bir sıra stansiyalarda yeniliklər edib.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bir sıra stansiyalarda yeniliklər edib.

ADY-dən Operativ Media-ya  verilən məlumata görə, Abşeron dairəvi marşrutu üzərində yerləşən Biləcəri stansiyasında yeni kassa və yeni turniket zalı tikilib. Nəticədə əlavə olaraq 7 turniket sərnişinlərin istifadəsinə verilib.

Məlumata görə, Xırdalan stansiyasında mövcud turniket zalı genişləndirilib və turniket sayı 4-dən 9-a çatdırılıb. Məmmədli stansiyasında isə turniket sayı 4-dən 10-dək artırılıb.

Bundan başqa, Bakı Dəmiryol Vağzalında mövcud turniketlər yenilənib və ümumilikdə 34 turniket istifadəyə verilib.

Bütün bu yeniliklər dəmiryol stansiyalarına giriş-çıxış imkanlarının genişləndirilməsini, turniketlərdə xüsusilə pik saatlarında növbələrin azaldılmasını təmin edəcək.

ADY sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirməyə davam edəcək.

Seçilən
140
8
operativmedia.az

10Mənbələr