Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 19-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Hypers Quba” – “Ağdaş” matçında qalib müəyyənləşməyib.
“Şəmkir” doğma meydanda “Qusar”ı çətinliklə məğlub edib. “Şəki Siti”nin qonağı olan “Shahdağ Qusar” isə səfərdən qələbə ilə qayıdıb. Səfərdə “Lerik”lə qarşılaşan “Şəfa” da bu turu darmadağınla başa vurub.
19-cu turun qalan görüşləri sabah baş tutacaq. Oyunların hamısına saat 16:00-da start veriləcək.
İkinci Liqa
19-cu tur
1 aprel
“Hypers Quba” – “Ağdaş” 3:3
Qollar: Cavid İmamverdiyev, 52; 87-pen. Nicad İsmayılov, 90+2 – Elvin İsmayılov, 63. Taleh Yusifli, 67. Vasif Nəsirov, 90+4-pen.
Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Asif Abdullayev, Vüqar Həsənli.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu.
“Şəki Siti” – “Shahdağ Qusar” 0:1
Qol: Tural Qurbatov, 90+6.
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şəki şəhər stadionu.
“Lerik” – “Şəfa” 0:5
Qollar: Elvin Nəsibov, 19; 29-pen. Ruslan Hacıyev, 59; 86. Tərlan Quliyev, 80.
Hakimlər: Rövşən Rəcəbov, Rəhman Aslanov, Nurlan Əhmədzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu.
“Şəmkir” – “Qusar” 2:1
Qollar: Fəzail Şirxanzadə, 21. Ceyhun Rəcəbli, 73 – Nicat Muxtarov, 51.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.
2 aprel
“Füzuli” – “Göygöl”
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
“Araz Saatlı” – “Dinamo”
Hakimlər: Murad Səlimov, Aydın Bəxşiyev, Samir Qaracayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.
“Şimal” – “Kür-Araz”
Hakimlər: Rəsul Babayev, Sənan Atayev, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Siyəzən şəhər stadionu.