AZ

İkinci Liqa: “Göygöl” səfərdə, “Şimal” evdə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 19-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Füzuli” – “Göygöl” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Araz Saatlı” doğma meydanda “Dinamo”ya, “Şimal” isə “Kür-Araz”a qalib gəlib.

İkinci Liqa
19-cu tur
1 aprel

“Hypers Quba” – “Ağdaş” 3:3
Qollar: Cavid İmamverdiyev, 52; 87-pen. Nicad İsmayılov, 90+2 – Elvin İsmayılov, 63. Taleh Yusifli, 67. Vasif Nəsirov, 90+4-pen.
Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Asif Abdullayev, Vüqar Həsənli.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

“Şəki Siti” – “Shahdağ Qusar” 0:1
Qol: Tural Qurbatov, 90+6.
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şəki şəhər stadionu.

“Lerik” – “Şəfa” 0:5
Qollar: Elvin Nəsibov, 19; 29-pen. Ruslan Hacıyev, 59; 86. Tərlan Quliyev, 80.
Hakimlər: Rövşən Rəcəbov, Rəhman Aslanov, Nurlan Əhmədzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu.

“Şəmkir” – “Qusar” 2:1
Qollar: Fəzail Şirxanzadə, 21. Ceyhun Rəcəbli, 73 – Nicat Muxtarov, 51.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

2 aprel

“Füzuli” – “Göygöl” 2:4
Qollar: Zöhrab Bayramov, 41. Samur-Xan Aslanxanov, 90 – Şəhriyar Zərbəliyev, 25-öz qapısına. İntiqam Tağıyev, 37. Sənan Həsənov, 39. Elcan Rəhimov, 63.
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

“Araz Saatlı” – “Dinamo” 2:1
Qollar: Elnur Səmədov, 73. Elariz Xəlilli, 76 – Fizuli Dəmirov, 66.
Hakimlər: Murad Səlimov, Aydın Bəxşiyev, Samir Qaracayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Şimal” – “Kür-Araz” 3:1
Qollar: Tofiq Nəsibov, 39. İqrar Səmədov, 76. Pərviz Azadov, 90 – Bayram Əliyev, 27.
Hakimlər: Rəsul Babayev, Sənan Atayev, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Siyəzən şəhər stadionu.

Seçilən
84
1
arena.az

6Mənbələr