AZ

Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, "Araz-Naxçıvan" "Qarabağ"ı, "Neftçi" isə "Sabah"ı qəbul edəcək.

"Liv Bona Dea Arena"da baş tutacaq "Araz-Naxçıvan" - "Qarabağ" matçını Elçin Məsiyev, "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Sabah" görüşünü isə Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyunlar

2 aprel

17:00. "Araz-Naxçıvan" - "Qarabağ"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.

"Liv Bona Dea Arena"

19:30. "Neftçi" - "Sabah"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.

"Neftçi Arena"

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək.

Bizim.Media

Seçilən
152
13
bizim.media

10Mənbələr