Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.
Msport.az xəbər verir ki, cütlərdə ilk oyunlar keçiriləcək.
“Araz-Naxçıvan” “Qarabağ”ı, “Neftçi” isə “Sabah”ı qəbul edəcək. Hər iki qarşılaşmanı FIFA referiləri idarə edəcək.
Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
2 aprel
17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Anar Salmanov
“Liv Bona Dea Arena”
19:30. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
“Neftçi Arena”
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 23-də keçiriləcək.