Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfat hesablı “Əsaslı Tikinti və Təchizat” MMC-nin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin əsaslı təmiri işləri ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qəbul etdiyi qərarda bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.
Tenderin dəyəri 288 908 AZN olub.