AZ

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC-nin tenderi ləğv edilib. 

Valyuta.az xəbər verir ki,  Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin əsaslı təmiri işlərinin satın alınması üçün elan edilən tenderin ləğvi təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmaması ilə bağlıdır. 

Qanunvericiliyə görə bu halda satınalma müsabiqəsi ləğv edilməlidir. 

Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 288 908,84 manatdır. 

Hüseyn

phrase_var_article.chosen
107
1
valyuta.az

9phrase_var_article.sources