2025-ci ilin yanvar- fevral ayında Azərbaycan bankları 179.4 mln. manat xalis mənfəət əldə edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% azdır.
Bankların əməliyyat mənfəəti isə bu ilin ilk iki ayında 275.2 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında banklar 209.8 mln. manat xalis mənfəət, 298.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib. (Apa)