AZ

Banklar əvvəlki kimi qazana bilmir: Mənfəətdə 14%-dən çox azalma

2025-ci ilin yanvar- fevral ayında Azərbaycan bankları 179.4 mln. manat xalis mənfəət əldə edib.

"Cebheinfo.az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% azdır.

Bankların əməliyyat mənfəəti isə bu ilin ilk iki ayında 275.2 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında banklar 209.8 mln. manat xalis mənfəət, 298.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib.

"Cebheinfo.az"

Seçilən
95
3
cebheinfo.az

4Mənbələr