AZ

AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, qadınlar arasında Millətlər Liqasının Moldova – Slovakiya oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, C Liqasının 1-ci qrupunun 4-cü turunda keçiriləcək görüş aprelin 8-də Kişinyovda yerləşən “Zimbru” stadionunda baş tutacaq.

Seçilən
143
26
football-plus.az

10Mənbələr