AZ

Emin Cəfərov Moldova – Slovakiya oyununa təyinat aldı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov qadınlardan ibarət komandaların UEFA Millətlər Liqasının oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Emin Cəfərov qadınlar arasında UEFA Millətlər Liqasının Moldova – Slovakiya oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, C Liqasının 1-ci qrupunun 4-cü turunda keçiriləcək görüş aprelin 8-də Kişinyovda yerləşən “Zimbru” stadionunda baş tutacaq.

Seçilən
167
26
arena.az

10Mənbələr