2025-ci ilin yanvar-fevral aylarında "Azərkosmos" tərəfindən dünyanın 37 ölkəsinə 2,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”na istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 10% azdır.
Bildirilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib.
2025-ci ilin ilk iki ayı ərzində 37 ölkədən 90-a yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub. Xidmət ixrac olunan ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, Nigeriya, Misir, Türkiyə və Pakistan böyük paya sahibdir.