AZ

Azərbaycan 37 ölkədən 90-a yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın mart sayını təqdim edib.

İcmala əsasən, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 37 ölkəsinə 2,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib.

2025-ci ilin ilk iki ayı ərzində 37 ölkədən 90-a yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub. Xidmət ixrac olunan ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, Nigeriya, Misir, Türkiyə və Pakistan böyük paya sahibdir.

Seçilən
69
4
marja.az

6Mənbələr